“Azərbaycanın mikromaliyyə sektorunda rəqəmsallaşmanın üstünlüyü və faydaları hələ koronavirus (COVID-19) pandemiyasından 4-5 il əvvəl müzakirə edilirdi”.
“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, tədbirin təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev deyib.
"Pandemiya rəqəmsallaşmanın mikromaliyyə sektorunda tətbiqinin nə qədər vacib olduğunu bir daha göstərdi. Hazırda bu sahədə rəqəmsallaşmanın tətbiqi ilə bağlı bir sıra problemlər var. Bu problemləri sekordankənar və sektordaxili olmaqla ayırmaq olar", - o bildirib.