Minatəmizləmə Agentliyi (ANAMA) avtobusların (1) və tibbi yardım nəqliyyat vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və "Azərmaş Group" MMC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 1,317 milyon manat və 1,5 milyon manat, ümumilikdə isə 2,817 milyon manat ödəniləcək.