"Apple" CEO-su şirkətdən 750 milyon dollarlıq səhm paketi alıb

"Apple" CEO-su şirkətdən 750 milyon dollarlıq səhm paketi alıb Satınalma təxminən 750 milyon ABŞ dolları dəyərində olan təxminən 5 milyon səhmdən ibarətdir
Biznes
27 Avqust , 2021 16:39
Apple CEO-su şirkətdən 750 milyon dollarlıq səhm paketi alıb
Tim Kuk

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən yayılan bir sənədə görə, "Apple" CEO-su Tim Kuk bu həftə şirkətin səhmlərini alıb.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

“Bloomberg News”un hesablamalarına əsasən, satınalma təxminən 750 milyon ABŞ dolları dəyərində olan 5 milyon səhmdən ibarətdir. Bununla da, Kuk bu il vəzifəyə başlayanda razılaşdığı müqavilə çərçivəsində haqq etdiyi ən böyük payı alıb.

Qeyd edək ki, “Apple”ın səhmlərinin dəyəri T.Kukun 2011-ci ildə CEO vəzifəsinə gəlməsindən sonra 1 200 % artıb.

Son xəbərlər

Orphus sistemi