"Aqrarkredit" BOKT-a məxsus 50 daşınmaz əmlak hərraca çıxarılacaq

"Aqrarkredit" BOKT-a məxsus 50 daşınmaz əmlak hərraca çıxarılacaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 50 daşınmaz əmlakı təkrar açıq hərraclara çıxaracaq.
Biznes
22 Noyabr , 2024 13:05
Aqrarkredit BOKT-a məxsus 50 daşınmaz əmlak hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan 50 daşınmaz əmlakı təkrar açıq hərraclara çıxaracaq.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərraclar dekabrın 4-də, saat 11:00-da və 12:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, "Aqrarkredit"in hesabına beh ödəməlidir.

Hərraclar barədə ətraflı məlumatı buradanburadan əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi