“Arçelik” “Hitachi”dən pay almaq istəyir

“Arçelik” “Hitachi”dən pay almaq istəyir Türkiyənin “Koç Holdinq”inə məxsus “Arçelik” şirkəti Yaponiyanın “Hitachi” şirkətinin məişət əşyaları bölməsinin 60%-ni 300 milyon ABŞ dollarına almaq istəyir.
Biznes
14 Dekabr , 2020 11:56
“Arçelik” “Hitachi”dən pay almaq istəyir

Türkiyənin “Koç Holdinq”inə məxsus “Arçelik” şirkəti Yaponiyanın “Hitachi” şirkətinin məişət əşyaları bölməsinin 60%-ni 300 milyon ABŞ dollarına almaq istəyir.

“Rzeport” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Arçelik”dən verilən açıqlamada bildirilib ki, "Hitachi" ilə danışıqlar davam edir, hələ ki, detallar müəyyənləşdirilməyib və son müqavilə imzalanmayıb.

“Bloomberg” agentliyinin məlumatına görə isə, "Hitachi” “Arçelik”in şəbəkəsindən istifadə edərək öz məhsullarını Avropa və Afrikada satmaq niyyətindədir.

“Şirkətimizin yaratdığı dəyəri artırmaq üçün müxtəlif qiymətləndirmələr aparırıq, lakin hələ konkret bir qərar verilməyib”, - deyə "Hitachi"dən bildirilib.

Son xəbərlər

Orphus sistemi