"Ata Holdinq" MMC-nin baş direktoru Adıgözəl Ağayev vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, holdinqə rəhbərlik Əşrəf Kamilova həvalə olunub.
O, indiyə qədər "Ata Holdinq"in Müşahidə Şurası sədrinin I müavini olub.
Xatırladaq ki, holdinq 2003-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 40,072 milyon manatdır.