“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək İyulun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı ya
Biznes
11 İyun , 2021 17:06
“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

İyulun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hərraca Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağının 34400 m² sahəsi çıxarılacaq.

“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 23 iyun 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fizik şəxsləri iştirak edə bilərlər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3css3nO ) və Özəlləşdirmə portalında (https://bit.ly/2SnLveG ) tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi