Avropa İttifaqının maliyyələşdirdiyi layihə üzrə hesabat qəbul olunub

Avropa İttifaqının maliyyələşdirdiyi layihə üzrə hesabat qəbul olunub Avropa İttifaqının maliyyələşdirdiyi və 2010-cu lin noyabr ayından icra olunan “İxrac strategiyasının inkişaf etdirilməsi və icrasında Azərbaycan hökumətinə dəstək” layihəsi üzrə hesabat qəbul olunub.
Biznes
12 Avqust , 2021 17:17
Avropa İttifaqının maliyyələşdirdiyi layihə üzrə hesabat qəbul olunub

Avropa İttifaqının maliyyələşdirdiyi və 2020-ci ilin noyabr ayından icra olunan “İxrac strategiyasının inkişaf etdirilməsi və icrasında Azərbaycan hökumətinə dəstək” layihəsi üzrə hesabat qəbul olunub.

"Report" xatırladır ki, layihəni konsaltinq şirkətlərindən ibarət beynəlxalq konsorsiumun dəstəyilə İqtisadiyyat Nazirliyi icra edir.

Layihənin əsas məqsədi qeyri-neft ixracının inkişaf etdirilməsi vasitəsilə rəqabətədavamlılığın gücləndirilməsi və ixrac imkanlarının genişləndirilməsində, habelə “COVID-19” pandemiyasının iqtisadiyyata vurduğu ziyanın yumşaldılmasında Azərbaycan hökumətinə dəstək olmaqdır.

Beləliklə, Layihə milli ixrac siyasəti və strategiyalarının tətbiqi üçün effektiv koordinasiya, müşahidə və hesabatlılıq sisteminin yaradılması yolu ilə ölkənin qeyri-neft ixracı potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir. Eyni zamanda, AZPROMO-nun xidmət imkanlarının artırılması və onun strateji hədəflərinin qlobal ticarət sisteminin ən yaxşı təcrübələrinə uyğunlaşdırılması əsas məqsədlərdəndir. Qarşıda duran başqa bir vəzifə isə Azərbaycanın keyfiyyət infrastrukturu sisteminin beynəlxalq təcrübəyə əsaslandırılmasıdır. Bu, keyfiyyətin qlobal miqyasda tanınması və ixrac məhsullarının qəbulu baxımından çox vacibdir.
Layihənin icrasından gözlənilən nəticələrdən bəhs edərkən qeyd olunmalıdır ki, ümumi hədəflərə nail olmaq üçün göstərilən səylər böyük önəm kəsb edir: dayanıqlı inkişaf edən geniş iqtisadi fəaliyyətlər vasitəsilə milli gəlirin neft-qaz sənayesindən birtərəfli asılılığına son qoyulması üçün iqtisadiyyatın diversifikasiyasına nail olmaq. Pilot layihələr ən azı beş aqro-yeyinti dəyər zəncirinin seçilməsi ilə iqtisadi inkişafa dəstək olacaqlar.

Bu il iyulun 12-də “İxrac strategiyasının inkişaf etdirilməsi və icrasında Azərbaycan hökumətinə dəstək” layihəsinin nail olduğu son nəticələrin təqdimatı məqsədilə İdarə Heyətinin ilk iclası olub. Layihənin cari məsələləri üzrə müzakirələrin aparılması və maraqlı tərəflər arasında məlumat mübadiləsi imkanlarının yaradılmasını təmin etmək üçün iclasın planlaşdırılmış gündəliyi hər üç Layihə komponentini əhatə edib. Təlimlər və potensialın gücləndirilməsi imkanları da müzakirə predmeti olub.

Qrup rəhbəri George Mirogiannisin təqdimatı və Layihə direktoru Nikos Manolopulosun iştirakı ilə keçirilən iclas zamanı tərəfdaşlar qarşısında çıxış edən ekspertlər müxtəlif yanaşmaları əks etdirən fəaliyyətləri məruzə ediblər. Layihənin birbaşa benefisiarı və əsas tərəfdaşı İqtisadiyyat Nazirliyi və nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO).

Son xəbərlər

Orphus sistemi