Avropada elektrik avtomobilləri üçün doldurma şəbəkəsi qurulacaq

Avropada elektrik avtomobilləri üçün doldurma şəbəkəsi qurulacaq “Engie EPS” şirkəti elektrik avtomobilləri üçün doldurma infrastrukturu qurmaq niyyətindədir.
Biznes
13 Noyabr , 2020 19:59
Avropada elektrik avtomobilləri üçün doldurma şəbəkəsi qurulacaq

“Fiat Crysler”in (FCA) İtaliya bölməsi və Fransanın “Engie” kommunal şirkətinin mikronaqillərdə enerji saxlama sistemləri sahəsində ixtisaslaşan “Engie EPS” şirkəti elektrik avtomobilləri üçün doldurma infrastrukturu qurmaq niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan anlaşma memorandumu bu məqsədlə gələn ilin birinci rübündə birgə müəssisə yaratmağı nəzərdə tutur.

FCA-nın Avropa, Afrika, Yaxın Şərq regionu üzrə baş əməliyyat direktoru Pietro Qorlie bildirib ki, Avropada 2025-ci ildə sırf elektrik (EV) və hibrid (PHEV) avtomobilinin satış həcmi 15 milyona yaxın, yəni ümumi satışların 25 faizi həcmində gözlənilir. “Engie EPS”in baş direktoru Karl Alberto Qulielminotti isə həmin vaxt istehlakçıların sözügedən avtomobilləri doldurmaq üçün azı 5,5 milyard avro vəsait xərcləyəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, bu il “Fiat 500” elektromobili, habelə “Fiat”, “Jeep”, “Maseratti” brendləri altında bir neçə hibrid model çıxarmış FCA 2018-2022-ci illər üçün işgüzar planına görə 30 EV və PHEV modeli buraxmaq üçün 9 milyard avro sərmayə yatırmalıdır.

Son xəbərlər

Orphus sistemi