"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC istehsal sahəsi olan Gəncə Alüminium Kompleksindən yüklərin Türkiyənin İstanbul (1) və Ukraynanın Dnepropetrovsk (2) şəhərlərinə daşınması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Paga-Trans Lojistik" və "Proff Logistics" MMC-lər olub.
Qalib şirkətlərə müvafiq olaraq 2 080 min manat və 115 min manat, ümumilikdə isə 2 195 min manat ödəniləcək.
Xatırladaq ki, "Paga-Trans Lojistik" Gəncədən Rusiyanın paytaxtı Moskvaya və Belarusun paytaxtı Minskə, "Proff Logistics" isə Gəncədən Dnepropetrovska alüminium daşınması ilə bağlı ötən il elan edilmiş açıq tenderlerin də qalibləri olub.