Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir.
Biznes
12 Yanvar , 2024 16:36
Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

Azərbaycan İraqda keçirilən 47-ci Beynəlxalq Bağdad Yarmarkasında (47th Baghdad International Fair) iştirak edir.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri sözügedən tədbirə qatılıb.

Belə ki, "Made in Azerbaijan" vahid ölkə stendində Azərbaycanın çay, bitki yağları, qənnadı məmulatları, kolbasa və sosis məhsulları, nar şirəsi, limonad və mineral sular, konservlər və digər məhsullar nümayiş olunur. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Eyni zamanda, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq çap materialları təqdim edilir.

Yanvarın 19-na qədər davam edəcək yarmarkada 20 ölkədən 800-dən çox şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi