Bu ilin yanvar-iyul aylarında Azərbaycan 72,8 milyon ABŞ dolları dəyərində 30,5 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 % və 5,5 % çoxdur.
Hesabat dövründə alüminium ixracı Azərbaycanın ümumi ixracının 0,64 %-ni təşkil edib.