Bu ilin yanvar-aprel aylarında Azərbaycan 141 min ABŞ dolları dəyərində yun, zərif və ya qaba heyvan tükü; at tükündən iplik və parça idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min ABŞ dolları (21,2 %) azdır.
Dörd ay ərzində Azərbaycan yun, zərif və ya qaba heyvan tükü, at tükündən iplik və parça ixrac etməyib.