İqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri Boryana Krişto ilə Azərbaycanda xarici investisiyalar üçün yaradılmış əlverişli mühiti müzakirə edib.
“Report” xəbər verir ki, bunu nazir "Tviter" hesabında bildirib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işgüzar səfərdəyik. B.Krişto ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını vurğuladıq, Azərbaycanda xarici investisiyalar üçün yaradılmış əlverişli mühit və potensial əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - deyə o qeyd edib.