Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 44,9 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə məhsulların dəyəri 38,9 % artıb. Gürcüstanın yerli məhsul ixracında 3,3 % paya sahib olan Azərbaycan qonşu ölkədən ən çox yerli istehsal malı tədarük edən 10 ölkə arasında VIII yeri tutub.
Bu ilin ilk yarısında Gürcüstandan xaricə ixrac olunan yerli məhsulların dəyəri 1,88 milyard ABŞ dollarına (+25,2 %) bərabər olub.
Qonşu ölkənin əsas ixrac məhsullarının ilk onluğunda mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, trikotaj köynəklər, fındıq, qızıl və tərkibində şəkər olan sular, mineral və qazlı sular yer alıb.