Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.
Biznes
21 May , 2024 16:56
Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.

"Report " xəbər verir ki, bunu AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin baş məsləhətçisi Vəfa Səfərli Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

"Çinə fındıq, eləcə də alma, nar və badam ixracı üçün Agentlik risk qiymətləndirməsinin nəticələrini qarşı tərəfin səlahiyyətli qurumuna rəsmi kanallar vasitəsilə təqdim edib. Agentliyin müvafiq sahədə vahid dövlət nəzarətini həyata keçirən dövlət qurumu kimi təsisatlanması, ixrac olunan bitkilər və bitkiçilik məhsullarına münasibətdə digər ölkələrin tələblərinə uyğun nəzarəti həyata keçirməsi nəticəsində xarici ölkə bazarlarına çıxış imkanları artırılıb, ixrac həcminin artırılmasına nail olunub", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi