Bu ilin yanvar-fevral aylarında Azərbaycan 81 milyon ABŞ dolları dəyərində 5,2 min ton əczaçılıq məhsulu idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,5 milyon ABŞ dolları (43,4 %) və 2,3 min ton (1,8 dəfə) çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 5 %-ni təşkil edib.