Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 202 min ABŞ dolları (0,5 %) və 8,2 min ton (17 %) çoxdur.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,36 %-ni təşkil edib.