Bu ilin yanvar-iyun aylarında Azərbaycan 253,5 milyon ABŞ dolları dəyərində 11,9 min ton əczaçılıq məhsulları idxal edib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 72,7 milyon dollar (40,2%) və 175,75 ton (1,5%) çoxdur.