Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib Hər iki faktla bağlı araşdırma aparılır.
Biznes
10 Sentyabr , 2021 11:31
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi "Volvo" və "DAF" markalı avtomobillər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87 900 həb dərman preparatlar və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi