Azərbaycan gürcü şərabının idxalını 66 % artırıb

Azərbaycan gürcü şərabının idxalını 66 % artırıb Gürcü şərabının əsas idxalçıları Çin, Litva, ABŞ, Estoniya, Böyük Britaniya və Yaponiya olub
Biznes
27 Aprel , 2021 12:10
Azərbaycan gürcü şərabının idxalını 66 % artırıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 87 449 şüşə şərab idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 66 % artıb.

Yanvar-mart aylarında Gürcüstandan 52 ölkəyə təxminən 19 milyon şüşə şərab ixrac olunub. İxracdan əldə olunan gəlir 44 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə gürcü şərabının əsas idxalçıları Çin (959 040 şüşə), Litva (245 940 şüşə), ABŞ (237 878 şüşə), Estoniya (161 956 şüşə), Böyük Britaniya (117 118 şüşə) və Yaponiya (51 346 şüşə) olub.

Son xəbərlər

Orphus sistemi