Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu bərpa edib

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu bərpa edib Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 202,8 min ABŞ dolları investisiya qoyub.
Biznes
8 Sentyabr , 2021 12:11
Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunu bərpa edib

Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 202,8 min ABŞ dolları investisiya qoyub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, bu, son 2 ildə Azərbaycanın qonşu ölkəyə yatırdığı ilk sərmayədir. Belə ki, Azərbaycan 2020-ci ildə Gürcüstandan 30,8 milyon dollar, 2021-ci ilin I rübündə isə 6,240 milyon dollar investisiyanı geri çəkib.

Aprel-iyunda Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi məbləği 234,2 milyon dollar (-2,6%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi