Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 67,9 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 48,8 % çoxdur.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,6 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas ticarət tərəfdaşlarının ilk onluğunda VIII yeri tutub.
İlk səkkiz ayda Gürcüstandan xaricə 2 milyard 610,8 milyon ABŞ dolları (+ 26 %) dəyərində yerli məhsul ixrac olunub.
Qonşu ölkədən ixrac olunan yerli məhsulların ilk onluğunda mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, spirtli içkilər, mineral gübrələr, trikotaj köynəklər, fındıq, qızıl, tərkibində şəkər olan mineral və qazlı sular yer alıb.