2020-ci ildə Azərbaycandan Gürcüstana 18,4 milyon ABŞ dolları dəyərində 381,5 min ton sement ixrac olunub.
Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, qonşu ölkənin Azərbaycandan sement idxalı illik müqayisədə 14,3% azalıb.