Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb 2020-ci ildə Gürcüstandan Azərbaycana 226,3 milyon ABŞ dolları dəyərində 23 348 ədəd minik avtomobili ixrac olunub.
Biznes
25 Yanvar , 2021 11:22
Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb

2020-ci ildə Gürcüstandan Azərbaycana 226,3 milyon ABŞ dolları dəyərində 23 348 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, avtomobillərin sayı illik müqayisədə 898 ədəd azalıb.

Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 9,9 milyon ABŞ dolları olan yük daşımaq üçün 1 513 ədəd motorlu nəqliyyat vasitəsi də idxal edib. Bu, 2019-cu illə müqayisədə 146 ədəd azdır.

Son xəbərlər

Orphus sistemi