Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 10,6 milyon ABŞ dolları dəyərində 289,8 ton dərman preparatları tədarük edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə məhsulun həcmi 63,2 ton və yaxud 17,9 % azalıb.