Bu ilin I yarısında Gürcüstan Azərbaycana 8,225 milyon ABŞ dolları dəyərində 317 318 qutu (hər birində 1 000 ədəd) siqaret və digər tütün məmulatları ixrac edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 3 652 qutu və yaxud 1,1% azalıb.