Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 65,7 min ton neft bitumu idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.
Məlumata əsasən, ilk 10 ayda Azərbaycan Gürcüstanın neft bitumuna olan tələbatının 62,5%-ni təmin etməklə ölkənin əsas tədarükçüsü olub.
Təkcə oktyabr ayında isə Azərbaycandan Gürcüstana 11,5 min ton neft bitumu ixrac olunub.
Yanvar-oktyabrda Gürcüstan ümumilikdə 105,1 min ton neft bitumu idxal edib ki, bu da illik müqayisədə 45,2 min ton və yaxud 30,1% azdır.
Qonşu ölkənin Azərbaycandan sonra əsas neft bitumu tədarükçüləri İraq (25,1 min ton), İran (7,6 min ton), Rusiya (3,2 min ton), Türkiyə (2,1 min ton) və digər ölkələr olub.