Azərbaycan hökuməti KOB İnkişaf Fondunun yaradılmasını razılaşdırır

Azərbaycan hökuməti KOB İnkişaf Fondunun yaradılmasını razılaşdırır “Uzun müddətdir ki, üzərində işlədiyimiz kiçik və orta biznesin (KOB) İnkişaf Fondunun yaradılması layihəsi hazırda hökumətdaxili razılaşdırma mərhələsindədir"
Biznes
25 Fevral , 2021 10:19
Azərbaycan hökuməti KOB İnkişaf Fondunun yaradılmasını razılaşdırır

“Uzun müddətdir ki, üzərində işlədiyimiz kiçik və orta biznesin (KOB) İnkişaf Fondunun yaradılması layihəsi hazırda hökumətdaxili razılaşdırma mərhələsindədir".

“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Mehman Abbas deyib.

"Fondun fəaliyyətə başlaması ilə KOB-ların maliyyələşdirilməsində effektiv mexanizimin formalaşacağını gözləyirik. Koronavirus (COVID-19) pandemiyası fəaliyyət gündəliyinə yeniliklər gətirib. Ötən il bütün dünyada ümumi daxili məhsulun 4% azalması Azərbaycandan da yan keçməyib. Pandemiyanın biznes mühitinə kəskin təsiri olub", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi