Azərbaycan İranla memorandum imzalayıb

Azərbaycan İranla memorandum imzalayıb Azərbaycan və İran arasında yeni memorandum imzalanıb.
Biznes
3 İyun , 2022 17:13
Azərbaycan İranla memorandum imzalayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın neft naziri Cavad Övci ilə görüşüb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur. Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sonda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İran İslam Respublikasının Neft Nazirliyi arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci imzalayıblar. Sənəd iki ölkənin dövlət neft şirkətləri arasında əməkdaşlığın dəstəklənməsi yolu ilə təbii qaz sektorunda əlaqələrin genişləndirilməsini ehtiva edir.

İngilis versiyası Azerbaijan, Iran ink memo

Son xəbərlər

Orphus sistemi