Azərbaycan-İsrail münasibətlərinin potensialı daha da böyükdür - MÜSAHİBƏ

Azərbaycan-İsrail münasibətlərinin potensialı daha da böyükdür - MÜSAHİBƏ Nazir Mikayıl Cabbarov Bakıda “Israel Hayom” nəşrinə müsahibə verib
Biznes
23 Aprel , 2021 13:07
Azərbaycan-İsrail münasibətlərinin potensialı daha da böyükdür - MÜSAHİBƏ
Mikayıl Cabbarov

Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə yaxşı əks olunur. Bu işi Azərbaycan tərəfindən iqtisadiyyat naziri və Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarov aparır.

O, Azərbaycan-İsrail dövlətlərarası komissiyasına İsrail xarici işlər naziri Qabi Aşkenazi ilə birlikdə rəhbərlik edir. Həmsədrlər gələn həftə virtual olaraq görüşəcəklər.

Dünya iqtisadiyyatına böyük təsir göstərmiş qlobal koronavirus böhranı ikitərəfli iqtisadi münasibətlərdən də yan keçməyib. Tərəflər iki ölkə arasında 2019-cu ildə 1 milyard 4 milyon dollar təşkil etmiş ticarət həcmini bütün sahələrdə yenidən artırmaq niyyətindədirlər.

“Report” xəbər verir ki, nazir Mikayıl Cabbarov Bakıda “Israel Hayom” nəşrinə verdiyi müsahibədə hökumətlərarası əlaqələr, ölkələr arasındakı ikitərəfli iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması və gücləndirilməsi imkanları, İsrail-Azərbaycan münasibətlərindən danışıb.

“İsrail Azərbaycan üçün üçüncü böyük ixracat istiqaməti olaraq qalır. Hazırkı göstəricilər bizi qane etmir və ümid edirik ki, iki ölkə arasındakı ticarət genişlənəcək və güclənəcək”, - iqtisadiyyat naziri deyib.

- Sizcə, ölkələr arasında ticarətin həcmi hansı sahələrdə genişlənə bilər?

- Turizm, kənd təsərrüfatı, xüsusən də kənd təsərrüfatı texnologiyaları sahələrində qarşılıqlı faydalı əlaqələrin genişlənməsi üçün hər cür şərait mövcuddur. İsraillə kibermüdafiə, informasiya texnologiyaları, investisiyalar, təhsil, su ehtiyatları və səhiyyə sahələrində də səmərəli əməkdaşlığımız var. Bakı artıq İsraildə Azərbaycanın turizm bürosunun yaradılması barədə rəsmi qərar verib və ticarət bürosunun yaradılması üzərində işlər gedir.

Bu, Azərbaycan iqtisadiyyatının əhəmiyyətli göstəricilərində də öz əksini tapıb. 2021-ci ilin birinci rübündə ölkə həm qeyri-neft ixracının həcmində, həm də toplanan vergilərinin həcmində rekord göstəricilər əldə edib.

Qısa müddətdə iqtisadi əlaqələrin inkişafına və dövlət-özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərmiş Azərbaycan-İsrail ticarət və sənaye palatasının işinin yenidən canlandırılmasında da maraqlıyıq.

İsrailin uğurlu peyvənd kampaniyası təcrübəsindən Azərbaycanda da istifadə oluna biləcəyinə demək olar ki, əminik. Bu gün peyvənd olunan vətəndaş sayının 15%-i keçdiyi və peyvəndin əlçatanlığı təmin olunduğu ölkəmiz peyvəndləmə templərinə görə bölgə ölkələri arasında liderdir.

Texnologiya sahəsi İsraillə əməkdaşlığı daha da yaxşılaşdırmaqda maraqlı olduğumuz sahələrdən biridir.

- Ticarət həcmini necə artırmaq niyyətindəsiniz?

- İşi dəfələrlə stimullaşdıra bilərik, lakin hər iki ölkənin aktiv ikitərəfli dəstəyi olmadan bunu etmək çətindir. Özəl sektorda əlaqələr sürətlə möhkəmlənir. Bu, Azərbaycan iqtisadiyyatının vacib göstəricilərində öz əksini tapıb. 2021-ci ilin birinci rübündə ölkə həm qeyri-neft ixracının həcmində, həm də toplanan vergi gəlirlərinin həcmində rekord göstəricilər əldə edib.

- İsrail hökumətinin nazirləri ilə əlaqə qurursunuzmu?

- Peşəkar səviyyədə tez-tez ünsiyyət qururuq və çox yaxşı münasibətlərimiz var. İsrailin Azərbaycandakı səfirliyi ilə səmərəli əməkdaşlıq edirik. İsrailin müxtəlif ofisləri ilə də əlaqələr saxlayırıq.

- Azərbaycanın ölkədə yaşayan yəhudi icmasına münasibəti necədir?

- Əsrlər boyu birlikdə yaşamışıq və Azərbaycan dövlətinin dəyərləri bütün dinlərə və etnik qruplara hörmətə əsaslanır. Bu sirr sadədir – Azərbaycanda yaşayan hər bir etnik qrupun cəmiyyətimizin ayrılmaz hissəsi olduğuna inanırıq. Bir-birimizə hörmət edirik, birlikdə sevinir və birlikdə böhranları dəf edirik. Dini bayramları qeyd edirik, yan-yana vuruşuruq – istisnasız olaraq. Azərbaycan nisbətən gənc ölkədir, lakin bizim çoxəsrlik və zəngin tariximiz var. Prezident İlham Əliyev ölkədəki bütün etnik qruplara qayğı göstərdiyi kimi yəhudi icmasına da qayğı göstərir.

Bu il Azərbaycan müstəqilliyinin 30 illiyini, gələn il isə İsrail ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək. İşimiz hər zaman ikitərəfli münasibətləri yaxşılaşdırmaq səylərinə yönəlib və bu xüsusi ildə də bunun üzərində işləyəcəyik Münasibətlərimizi daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

- İsrail dövləti haqqında nə deyə bilərsiniz?

- Həm nazir olaraq, həm də şəxsi səfərlərlə bir neçə dəfə İsraildə olmuşam. Düşünürəm ki, İsrail dövlətinin müstəsna keyfiyyətləri var. Bu ölkədə təhsilə, araşdırmalara hörmətlə yanaşırlar və insanlar zəhmətkeşdirlər. Həyat keyfiyyətinin yüksək səviyyəsi, yüksək ÜDM və yüksək keyfiyyətli ali təhsil insanı heyran edir.

Son xəbərlər

Orphus sistemi