Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.