Azərbaycan məhsulları “Gulfood 2021” sərgisində

Azərbaycan məhsulları “Gulfood 2021” sərgisində Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib
Biznes
22 Fevral , 2021 16:21
Azərbaycan məhsulları “Gulfood 2021” sərgisində

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisi başlayıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Sərgidə Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Fevralın 25-nə qədər davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Son xəbərlər

Orphus sistemi