Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq

Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq "Report" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib
Biznes
19 Fevral , 2021 17:06
Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq
Mikayıl Cabbarov

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.

Nazir ötən gün iştirak etdiyi, Ankara keçirilmiş Türkiyə-Azərbaycan İş Adamları Forumuna da toxunub: "Qardaş Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi - ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik".

Son xəbərlər

Orphus sistemi