Azərbaycan Meksika ilə gömrük işi sahəsində əməkdaşlıq etmək istəyir

Azərbaycan Meksika ilə gömrük işi sahəsində əməkdaşlıq etmək istəyir Azərbaycan Meksika ilə "Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in bu il ərzində imzalanacağına ümid edir.
Biznes
6 Aprel , 2022 15:57
Azərbaycan Meksika ilə gömrük işi sahəsində əməkdaşlıq etmək istəyir

"Azərbaycan bu il Meksika ilə "Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in imzalanacağına ümid edir".

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu qurumun sədri Səfər Mehdiyev Meksikanın ölkəmizdəki səfiri Rodrigo Labardini ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu saziş iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcək və tərəflərin inteqrasiyasını sürətləndirəcək.

Azərbaycanla Meksika arasında ticarət dövriyyəsinin həcminə toxunan Komitə sədri dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini bildirib.

Səfir isə Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb, hər iki ölkə üçün qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, onların əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi