Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib Azərbaycan Mərkəzi Bankı “Tədavüldə təmiz pul siyasəti” həyata keçirir
Biznes
10 Sentyabr , 2021 17:31
Azərbaycan Mərkəzi Bankı pul nişanları ilə bağlı banklara göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “Tədavüldə təmiz pul siyasəti” həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Azərbaycan Beynəlxaq Bankı” ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi