Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib - YENİLƏNİB Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Biznes
16 İyul , 2024 19:07
Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Mikayıl Cabbarov ilə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı baş tutub.

Görüşdə ölkələr arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sahələri əhatə etdiyi bildirilib.

Tərəflər ölkələrin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.

14:05

Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində qarşılıqlı faydalı imkanların reallaşdırılması istiqamətində müzakirələr davam etdiriləcək.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko ilə görüş keçirib: "Səfirə fəaliyyətində uğurlar arzulayırıq Onunla görüşdə birgə təşəbbüslərin dəstəklənməsinin önəmini qeyd etdik".

Son xəbərlər

Orphus sistemi