Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 7 milyon ABŞ dolları dəyərində polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və yaxud 4,5% çoxdur.
2021-ci ilin yanvar-mart aylarında isə Azərbaycan 26,8 milyon dollar dəyərində polipropilen ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 milyon dollar və yaxud 27% çoxdur.