Azərbaycan polietilen ixracını 70 %-dən çox artırıb

Azərbaycan polietilen ixracını 70 %-dən çox artırıb Yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 21,7 mln ABŞ dolları dəyərində polietilen ixrac edib
Biznes
29 Aprel , 2021 10:33
Azərbaycan polietilen ixracını 70 %-dən çox artırıb

Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 6,4 mln ABŞ dolları dəyərində polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.

Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 2 mln ABŞ dolları və ya 45,5 % çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 21,7 mln ABŞ dolları dəyərində polietilen ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 9 mln ABŞ dolları və ya 70,9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi