Azərbaycan Qətər iş adamlarını azad edilmiş ərazilərdə bərpa işlərinə dəvət edib

Azərbaycan Qətər iş adamlarını azad edilmiş ərazilərdə bərpa işlərinə dəvət edib Azərbaycanla Qətər arasında 1994-cü ilədək qoyulan əməkdaşlıq bu gün uğurla davam etdirilir
Biznes
18 Oktyabr , 2021 13:09
Azərbaycan Qətər iş adamlarını azad edilmiş ərazilərdə bərpa işlərinə dəvət edib

"Azərbaycanla Qətər arasında 1994-cü ilədək qoyulan əməkdaşlıq bu gün uğurla davam etdirilir".

"Report" xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında keçiriləcən Birgə İqtisadi, Ticari və Texniki Komissiyanın növbəti iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, dövlət başçılarının apardığı məqsədli siyasət nəticəsində Qətər dövləti ilə Azərbaycan arasında münasibətlər bir çox istiqamətdə uğurla inkişaf etdirilib: "Artıq bu gün Azərbaycanla Qətər arasında qısamüddətli səfər zamanı viza problemi həll edilib”.

Nazir bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistanı 30 il işğalda saxladığı ərazilərimiz işğaldan azad edib: “Artıq bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Hazırda həmin ərazilərdə quruculuq işləri görülür. Mən Qətər iş adamlarını həmin ərazılərdə bərpa işlərinə dəvət edirəm".

Son xəbərlər

Orphus sistemi