Azərbaycan qeyri-neft ixracını 18 % artırıb

Azərbaycan qeyri-neft ixracını 18 % artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Biznes
10 Avqust , 2023 15:49
Azərbaycan qeyri-neft ixracını 18 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.

Təkcə iyulda isə qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

Son 1 ildə Azərbaycan elektrik enerjisi ixracını 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracını 4,4 dəfə, şəkər ixracını 53,1 %, meyvə-tərəvəz ixracını isə 46,6 % artıb.

7 ay ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 10,6% artım deməkdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 % artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Ötən ay yeyinti məhsulları üzrə ixracın dəyəri 60,1 milyon ABŞ dolları (2,7 % az), qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 173,2 milyon ABŞ dolları (1,5 % çox) olub.

Son xəbərlər

Orphus sistemi