Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mətbəx avadanlıqlarının satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 25-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 6-sı, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
Nəticələr iyulun 7-də, saat 15:00-da Portalda açıqlanacaq.