Azərbaycan reklamçıları vahid platformada birləşir

Azərbaycan reklamçıları vahid platformada birləşir İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şura və ölkədəki reklam şirkətləri reklamçıların vahid vətəndaş cəmiyyəti institutunda birləşməsi üçün təklif irəli sürüb.
Biznes
19 Oktyabr , 2021 12:10
Azərbaycan reklamçıları vahid platformada birləşir

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şura və ölkədəki reklam şirkətləri reklamçıların vahid vətəndaş cəmiyyəti institutunda birləşməsi üçün təklif irəli sürüb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib.

“Bu məsələyə biz dəstək göstərməyə hazırıq. Yaxın vaxtlarda Ədliyyə Nazirliyi reklamçıların vətəndaş cəmiyyəti institutunu dövlət qeydiyyatına alacaq. Məqsəd bu sahədə problemlərin birbaşa vahid platformadan səsləndirilməsi, dövlət orqanlarına daha rahat çatdırılmasıdır. Hesab edirəm ki, təsis konfransı keçiriləndən sonra sənədlər aidiyyəti orqanlara təhvil veriləcək və KOBİA-nın dəstəyi ilə bu proses daha da sürətləndiriləcək”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi