İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Ram Holding" QSC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35D, 3141-ci məhəllə, nizamnamə kapitalı 100 min manat, Rüfət Paşa oğlu Məcidovdur.
R.Məcidov həm də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü, "Grand Motors" MMC-nin direktorudur.