Azərbaycan Sahibkarlar Konfederasiyası iş adamlarına müraciət edib

Azərbaycan Sahibkarlar Konfederasiyası iş adamlarına müraciət edib Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”nu yüksək qiymətləndirir
Biznes
22 İyun , 2021 14:49
Azərbaycan Sahibkarlar Konfederasiyası iş adamlarına müraciət edib
Məmməd Musayev

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”nu yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə qurumun iş adamlarına müraciətində bildirilir.

"ASK prezidenti Məmməd Musayev qalib ölkənin sahibkarı olmaq qürurunu bizə bəxş edən Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin işlə təminatına dəstək olmaq üçün bütün sahibkar və işəgötürənləri bu aksiyaya qoşulmağa dəvət edir", - deyə müraciətdə qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı marafona qoşulmaq istəyən sahibkarlar bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Son xəbərlər

Orphus sistemi