Azərbaycan startapını xarici şirkət satın alıb

Azərbaycan startapını xarici şirkət satın alıb Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq
Biznes
9 Fevral , 2022 13:50
Azərbaycan startapını xarici şirkət satın alıb

Azərbaycanın "Nextsale" startapı xarici şirkət tərəfindən satın alınıb.

“Report”un məlumatına görə, bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq.

O bildirib ki, rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır: “Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir. Startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər”.

O. Məmmədov qeyd edib ki, KOBİA tərəfindən mikro və kiçik sahibkarlara onları innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, startapların iştirakı ilə sərgilər təşkil olunur: “Startaplar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan istifadə edirlər”.

Son xəbərlər

Orphus sistemi