Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə yazıb.
"Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.