Bu ilin yanvar-iyul aylarında Azərbaycan 17,133 milyon ABŞ dolları dəyərində duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement idxal edib.
“Report” Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,830 milyon ABŞ dolları (18,3 %) azdır.
Yeddi ay ərzində Azərbaycanın duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement ixracının dəyəri isə 19,331 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 4,869 milyon ABŞ dolları (33,7 %) çoxdur.
Hesabat dövründə duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement üzrə idxal Azərbaycanın ümumi idxalının 0,27 %-ni, ixrac isə ümumi ixracın 0,17 %-ni təşkil edib.