Azərbaycan tütün əvəzedicilərinin ixracını kəskin azaldıb  

Azərbaycan tütün əvəzedicilərinin ixracını kəskin azaldıb   Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin ixrac dəyəri 288 min ABŞ dolları təşkil edib
Biznes
25 Mart , 2021 11:50
 Azərbaycan tütün əvəzedicilərinin ixracını kəskin azaldıb  
google.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxal-ixrac göstəriciləri açıqlanıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalının dəyəri 14,4 mln ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mln ABŞ dolları və ya 33,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalı Azərbaycanın ümumi idxalının 0.90 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin ixracının dəyəri 288 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 mln ABŞ dolları və ya 84 % azdır.

Son xəbərlər

Orphus sistemi