Bu ilin yanvar-avqust aylarında Azərbaycan 62,533 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,72 milyon ABŞ dolları (16,2 %) çoxdur.
Səkkiz ay ərzində Azərbaycanın tütün və tütünün sənaye əvəzediciləri ixracının dəyəri isə 5,852 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,533 milyon ABŞ dolları (37,6 %) azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,85 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.